"İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın bu məsələdə önəmli rol oynadığını sübut edir”.
Bu fikirləri “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” konfransının iştirakçılarından olan Qazaxıstan-Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd əl-Şəhhat əl-Cindi Ednews-a açıqlamasında deyib.
O bildirib ki, bu mövzuda konfransların təşkili islamofobiya fenomeni ilə mübarizədə mühüm addımdır.
"Təəssüf ki, Qərbdə İslam terrorizmin dini kimi qələmə verilir. Bu hücum tək müsəlman cəmiyyətlərinə deyil, eyni zamanda, İslam dininin özünə qarşı aparılan məkrli və düşünülmüş siyasətdir. Bu gün biz islamofobiya kimi qlobal problem və ədalətsizliklə üz-üzəyik”.
Məhəmməd əl-Şahat əl-Cundi islamofobiya ilə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirib:
“Azərbaycan dövlətinə və xalqına islami dəyərləri yaşatdığına və islamofobiya ilə mübarizəyə verdiyi töhfəyə görə təşəkkür edirik. Azərbaycan İslam dünyasının mühüm parçasıdır və müsəlman cəmiyyətlərinin inkişafı üçün göstərdiyi xidmətlər təqdirəlayiqdir. Azərbaycanın Ərəb dünyası ilə dərin tarixi əlaqələri var. Bu gün Azərbaycan bu əlaqələri daha da möhkəmlətmək və ərəb ölkələri, eləcə də bütün İslam aləmi ilə siyasi, iqtisadi və mədəni sferalarda qurduğu əməkdaşlığı genişləndirməkçün səylərini davam etdirir. Ümidvaram ki, paytaxt Bakının ev sahibliyi etdiyi bu beynəlxalq konfrans islamofobiya ilə mübarizədə yeni mərhələ olacaq və yaxın gələcəkdə bunun müsbət nəticələrini görəcəyik”.
Törə Zeynallı