İşğaldan azad olunan Talış kəndi - FOTOLAR - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

İşğaldan azad olunan Talış kəndi - FOTOLAR

Cəmiyyət A- A A+
Bu gün 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb.
 
Ednews  xəbər verir ki, evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.
 
Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir.
 
Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub. Bundan başqa, kənddə 9 qeyri-yaşayış binası istifadəyə verilib. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb.
 
Hazırda Talışda bərpa-quruculuq işləri davam etdirilir. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur.
 
Xatırladaq ki, Tərtər rayonunun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.
 
Talış kəndinin bu gününü əks etdirən fotoları təqdim edirik:
1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...