“Qərb ölkələri, eləcə də, ABŞ seçkilərdə ekstremist qüvvələrin səsini toplamaqçün islamofobiyadan istifadə edir. Bu onların davam edən düşünülmüş siyasətidir”.
Ednews xəbər verir ki, bu sözləri 15-16 mart tarixlərində Bakıda islamofobiya ilə mübarizə mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarından olan Türkiyəli siyasətçi İslam Konfransı Təşkilatının keçmiş sədri Əkmələddin Ehsanoğlu “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəsi zamanı deyib.
O qeyd edib ki, islamofobiya Avropadan Avstraliyaya, ABŞ və Yeni Zenlandiyaya qədər yayılan bir xəstəlikdir.
"Avropadakı islamofobiya ilə ABŞ-dakı islamofobiya arasında fərqlər var. Avropada bu fenomenin kökləri Səlib yürüşləri (1096- 1272-ci illər) dövrünə gedib çıxır. ABŞ-da isə islamofobiya öz ölkələrində dini təqiblərə məruz qalıb oradan köç etməyə məcbur olan miqrantlarla bağlıdır. Təəssüf ki, 2001-ci ilin 11 sentyabr hadisələri dünyada İslam dini və müsəlmanlar haqqında yanlış fikir formalaşdırdı. Bunun nəticələrindən hələ də əziyyət çəkirik”.
Törə Zeynallı