Füzuli şəhərinin Baş planı TƏSDİQLƏNDİ Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Ednews xəbər verir ki, Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib. Baş nazir Əli Əsədovun imzaladığı qərar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.