“WhatsApp”da YENİLİK - Kimin hansı qrupda olduğunu biləcəksiniz - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

“WhatsApp”da YENİLİK - Kimin hansı qrupda olduğunu biləcəksiniz

Cəmiyyət A- A A+

“WhatsApp” sosial platformasında iki yeni funksiya yaradılıb. 

Ednews xəbər verir ki, yeni funksiyalardan biri whatsapp qrupuna qoşulacaq şəxslərin qrup adminləri tərəfindən qəbul və ya rədd edilməsini əhatə edir. 

Yeni funksiya hər kəs üçün əlçatan olacaq. Beləliklə, istifadəçinin müvafiq qrupa dəvət linki olsa belə, qoşulmadan əvvəl adminin təsdiqini gözləməli olacaq. 

İkinci funksiya isə telefon kitabçasındakı şəxslərin hansı qruplarda olduqlarını görməyə imkan verəcək.Bunun üçün sadəcə "WhatsApp" axtarış nəticələrinə şəxsin adını yazmaq kifayətdir.  

Qeyd edək ki, şirkət yeniliklərin yaxın həftələrdə istifadəyə verilməyə başlayacağını bildirib.

Bunun üçün isə tətbiqi sadəcəyeniləmək bəs edəcək. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...