DİN Şamaxıda baş verən qəza ilə bağlı MƏLUMAT YAYDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

DİN Şamaxıda baş verən qəza ilə bağlı MƏLUMAT YAYDI

Cəmiyyət A- A A+
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ednews-a bildirilib ki, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. 
 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 
 
Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib. 
 
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...