"Qarabağ" - "Qalatasaray" oyunu ilə əlaqədar iki ekspres marşrut təşkil edilib - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

"Qarabağ" - "Qalatasaray" oyunu ilə əlaqədar iki ekspres marşrut təşkil edilib

Cəmiyyət A- A A+
"Qarabağ" və "Qalatasaray" futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə marşrutlar ayrılıb. 
 
Bakı Nəqliyyat Agentliyindən Ednews-a bu barədə bildirilib.
 
Azarkeşlərin daşınması üçün 26.03.2023-cü il tarixində “Qara Qarayev” metro stansiyası və Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.
 
Ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək.
 
Ekspres xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək.
 
Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək.
 
Azarkeşlərdən xahiş edirik ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...