Xırdalan məktəbində biabırçılıq: Azyaşlı şagirdə pəncərə sildirilir? - VİDEO - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Xırdalan məktəbində biabırçılıq: Azyaşlı şagirdə pəncərə sildirilir? - VİDEO

Cəmiyyət A- A A+
Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə şagirdin məktəbin pəncərəsini sildiyinə dair görüntülər yayılıb.
 
Ednews  xəbər verir ki, bu barədə ARB TV-də yayımlanan “Günə Doğru” verilişində məlumat verilib. 
 
Süjetdə bildirilir ki, görüntülər Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə lentə alınıb.
 
Kadrlarda azyaşlının iş görərkən təhlükəli vəziyyətdə olduğu görünür.
 
Yayılan görüntülərlə bağlı sözügedən təhsil müəssisəsindən açıqlama verilməyib.
 
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin məsul şəxsi Səbinə Məmmədova isə bildirib ki, həmin azyaşlı uşaq 10 nömrəli məktəbin şagirdi deyil, təhsil müəssisəsində çalışan xadimənin övladıdır.
 
Daha ətraflı videosüjetdə:


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...