Bakı şəhərinin Səbail rayonunda yanğın olub.
FHN-dən Ednews-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 ədəd soyuducu yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.