“Yeni doğulan körpəyə mentalitetlə yox, düzgün və sağlam baxılmalıdır”.
Ednews xəbər verir ki, bunu pediatr Azər Əhmədov deyib.
Həkimin sözlərinə görə, körpəyə düzgün baxımı üçün düzgün qidalanma önəmlidir.
“Uşağ ilk 6 ay ana südü ilə qidalanmalıdır. Uşağı qəti şəkildə qalın geyindirmək olmaz. Bəzən analar yeni doğulan körpənin uzun müddət yatmasını normal düşünür və onu oyatmırlar. Amma bu çox yanlışdır. Uşağı çox qalın geyindirdiklərinə görə istilikdən uşaq yetır. Qidalanmaya durmur, ağlamır, inkişafdan geri qalır. Qan şəkəri düşdüyü üçün daha çox yatır. Başqa bir tərəfdən isə bəzən 30-35 gününə kimi uşağı çimizdirmirlər. Çimizdirilməyə isə baxdıqda orada əsas br məqam körpənin göbəyinin düşməsidir. Əgər göbəyi islatmadan uşaq çiməcəksə heç bir problem yoxdur. Yaz-yay aylarında yeni doğulan körpəni hər gün, qış-payız aylarında isə günaşırı çimizdirmək məqsədə uyğundur”.
Həkim həmçinin qeyd edib ki, körpənin yatağı isə mentalitetdən irəli gəlir ki, döşəyi qalın olmalıdır. Lakin bu körpənin sağlamlığına ziyandır. Körpənin başının altına yastıq qoymaq olmaz. Yatağın özünü 30 dərəcə meyilliyində yuxarı qaldırmaq lazımdır.
Aysel Şahmar