Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 nəqliyyat vasitəsi Laçın yolundan keçib.
Ednews xəbər verir ki, BQXK- nə məxsus 2 minik, 4 yük avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib. Minik avtomobillərində bu dəfə erməni əsilli sakinlər olmayıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.