Son zamanlar onlayn alış-veriş edənlər haqqında müxtəlif fikir səsləndirilir. İddia olunur ki, bu ticarətlə məşğul olanlar, verdidən yayınır.
Həqiqətənmi, onlayn ticarətlə məşğul olanlar vergi ödəmir?
Məsələ ilə bağlı Ednews-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, vergi orqanı onlayn alış-veriş üçün tam əhatəli mexinzimin təşkil edə bilməyib.
Onun sözlərinə görə, onlayn alış-verişi bank hesabı vasitəsi ilə edirlərsə, bu zaman vergidən yayınmaq çətindir.
“Hər an vergi orqanı onu müəyyən edə bilər. Vətəndaşın bank hesabını təhlilini apararkən bankı pulun hara köçdüyünü görə bilir. Bu baxımdan o məsələdə yəqin ki, kimlərsə vergidən yayına bilir. Amma elə də asan və təhlükəsiz deyil. Onlayn alış-verişin bir neçə yolları var. Kriptovalyuta növünə birmənalı olaraq bütün dövlətlər tərəfindən pislənir. Çünki başa düşürlər ki, bu üsulla vətəndaşlar və sahibkarlar vergidən yayınacaq”.
Hüquqşünas vurğulayıb ki, vətəndaşın bank hesabından çıxan hər bir pulu vergi orqanı müəyyən edə bilər.
“Bu zaman vergi orqanı həmin vətəndaşı vergiyə cəlb edə bilər. Sadəcə vergi orqanın bunu edəcək qədər geniş işçi qrupu yoxdur. Amma vətəndaş bilməlidir ki, vergidən yayınırsa məsuliyyətə cəlb olunacaq. Vergi orqanı tam əhatəli mexanizimini təşkil edə bilməyib, ümid edirəm ki, yaxın gələcəkdə bu təşkil olunacaq. Vergi sahəsi üzrə təkmilləşdiyizi düşnürəm”.
Aysel Şahmar