Göygöldə mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Ednews report.az-a istinadən xəbər verir ki, bunlar 1996-cı il təvəllüdlü Seymur Mirzəyev, 2002-ci il təvəllüdlü Mirhüseyn Əliyev və 1962-ci il təvəllüdlü Kəmalə Vəliyevadır.
Həkimlər qadının vəziyyətini normal, digərlərinin durumunu isə kafi və orta-ağır kimi qiymətləndirirlər.