Aprelin 12-də, Şamaxıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının “Agentliyin 2023-2025-ci illər üzrə Strateji Planı”nın hazırlanmasına həsr olunmuş genişləndirilmiş iclası keçirilir.
Ednews xəbər verir ki, Şamaxı rayonu, Nağaraxana kəndində keçirilən iclasada bir sıra QHT nümayəndələri, eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də iştirak edir.
İclası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açıb. Daha sonra digər şura üzvləri bır sıra məsələlərlə bağlı müzakirələr aparıblar.
İclasın birinci sesiyasında QHT agentliyinin gücül və zəif cəhətləti, imkanlar və çətinliklər mövzusunda fikir mübadiləsi aparılıb.
Hazırda davam edən iclas dörd sesiyadan ibarət olacaq. Strateji baxış, vizyon, missiya, dəyərlər, strateji məqsədlər, vəzifələr, Qrupların təqdimatı, strateji məqsədlərin və vəzifələrin müəyyənləşdirilməsi, fəaliyyət planı ilə bağlı təkliflərin hazırlanması və təqdimatı məsələləri müzakirə ediləcək.