Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq ictimaiyyəti iki Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılması və qeyri-insani rəftarı barədə məlumatlandırıblar. Çıxış edənlər arasında niderlandiyalı yazıçı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Niderlanddakı nümayəndəsi Henri Van Rensvə Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı, amerikalı araşdırmaçı, alim David Kerans də olub. Onlar Ermənistanın hazırki durumda Cenevre konvensiyasını pozduqları barədə məlimat veriblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.