Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu rəqəm 2021-ci illə müqayisədə 4,2 faiz çox olub. Ötən il 657 min 900 hektarda buğda əkilib ki, bu da 2021-ci illə müqayisədə 9,3 faiz çoxdur. Ötən il həmçinin 399 min 700 hektarda arpa, 200 hektarda isə çovdar əkilib.
Bəs əkin sahələrinin artırılması ölkı tələbatını ödəyəcəkmi?
Bununla bağlı ednews-un suallarını kənd təsərrüfatı üzrə ekspert Akif Nəzirli cavablandırıb. O, buğda istehsalında Azərbaycanın dünyada orta məhsuldarlıq səviyyəsindən aşağıda olduğumuzu deyib:
“Qeyd edim ki, indiki dövrə qədər Azərbaycan çörək bişirilən 3-cü sinif ərzaq buğdasına təlabatın yarısın xaricdən idxal edir. Bu da təxminən 1 milyon 200 min tona bərabərdir. Taxıl sahələrinin 4-5 faiz artırılması əlavə 1 milyon ton ərzaq buğdasının istehsalına şərait yarada bilməz bu mümkün deyil. Azərbaycan yerli təlabat qədər buğda istehsal etmək mümkündür. Bunun üçün taxıl sahələrini genişləndirməkdənsə mövcud taxıl sahələrində məhsuldarlığı yüksəltmək daha məqsədə uyğundur. Hazırda təxminən taxıl zəmilərindən 28-30 sentiner taxıl yığa bilirik. Bu rəqəmlər isə dünyada çox aşağı səviyyədir. Dünyada hazırda taxılın məhsuldarlıq səviyyəsi orta hesabla 50 sentinerdir. Biz də dünyadakı orta məhsuldarlıq səviyyəsinə öz taxıl zəmilərimizdə çata bilsək o zaman Azərbaycan öz yerli təlabatını ödəyəcək qədər ərzaq buğdası istehsal edə bilər. Bunun üçün də müxtəlif şərtlər lazımdır. Ölkə ərazisində taxıl zəmilərinin suvarılması sistemləri yaxşılaşdırılmalıdır. Məhsuldarlığım yüksək olan buğda növlərini Azərbaycan mühitinə uyğunlaşdırmaqla yeni sortlar yetişdirmək lazımdır. Yeni növlərə aqro texniki qulluqlar edilməlidir. Bütün bunlar yerinə yetirilərsə Azərbaycan dünyada orta məhsuldarlıq olan 50 sentineri yığa bilər”.
Əbülfət Baxşəli