Məktəbliləri intihara sürükləyən SƏBƏBLƏR Ali məktəbə qəbul olmaq həvəsi yoxsa cəmiyyətin təzyiqi?

Cəmiyyət 15:00 21.04.2023
Bir neçə gün əvvəl keçirilən buraxılış imtahanlarından sonra daha bir intihar hadisəsi baş verib. Belə ki, imtahanda az bal toplayan 11-ci sinif şagirdi S.Səlimov (şərti) çoxmərtəbəli binadan özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib. 
 
Məktəbliləri intihara sürükləyən nədir? Ali məktəbə qəbul olmaq həvəsi yoxsa cəmiyyətin, ailənin təzyiqi? 
 
“Məktəbdə, ailədə, qohumlar arasında uşaqları iki qrupa ayırırıq, kimsə “yaxşı oxuyan”, kimsə “pis oxuyan” olur. Bu yanaşma özü yanlışdır”.
 
Ednews-a açıqlamasında bu fikirləri səsləndirən təhsil üzrə ekspert, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, cəmiyyətdə insanlara peşələrinə görə fərq qoymaq məktəbli intiharlarının kökündə duran ən başlıca səbəbdir:
 
“17-18 yaşlı məktəblilər niyə intihara əl atır? Bu sual üzərində düşünmək lazımdır. Bu yaş qrupu gənclərin psixoloji vəziyyəti araşdırılmalıdır. Məktəb psixoloqları bu istiqamətdə ciddi işləməlidir. Ailələr, valideynlər övladlarına qarşı diqqət və qayğını artırmalıdır. Cəmiyyətın, ətrafın, yaxınların təzyiq göstərməsi də intihara aparan başlıca səbəblərdəndır. Fikrimcə, ən böyük səbəb elə budur. Məktəbdə, ailədə, qohumlar arasında uşaqları iki qrupa ayırırıq, kimsə “yaxşı oxuyan”, kimsə “pis oxuyan” olur. Bu yanaşma özü yanlışdır. Uşağa yaşatdığımız travma elə buradan başlayır. Əlbəttə, hər birimiz uşağımızın yaxşı oxumasını, savadlı böyüməsini istəyir. Amma bir uşaq yaxı oxumursa onu gözdən salmaq, dəyərsiz hiss etdirmək, təzyiq göstərmək olmaz. Ola bilər ki, o uşaq dərslərini yaxşı oxumur, amma başqa istedadı, potensialı var. Uşaqların daxilindəki bacarıqları üzə çıxarmaq lazımdır. Bəlkə o, gələcəkdə gözəl bir sənətkar, rəssam və ya musiqiçi olacaq, və ya vətənini sevən bir şəxs kimi yetişəcək, sabah xalqının, dövlətinin keşiyində dayanacaq. Kimisi müəllim, həkim, alim, kimisi aşbaz, dərzi, çəkməçi, kimisi də sürücü, fəhlə, satıcı ola bilər. Hamı oxusa, digər işləri kim görəcək? Küçəni də kimsə süpürməlidir, traktoru da kimsə idarə etməlidir. Hansısa məmuru alqışlayırıq, küçədə çalışan işçiyəsə ikrahla baxırıq. Nə qədər ki, cəmiyyətimizdə vəzifəsinə, statusuna görə insanlar arasında ayrıseçkilik davam edəcək, həyata yeni atılan gənclər də “universitetə girə bilmədim, hər şey bitdi, heş nəyə nail ola bilməyəcəyəm” fikrilə intihara əl atacaq”.
 
 
Ekspert təhsil sistemindəki çatışmazlıqlardan da danışıb, imtahan prosesinin sadələşdirilməli olduğunu vurğulayıb:
 
“Təhsil sistemində də dəyişikliklərə ehtiyac var, doğrudur. İmtahanları sadələşdirib beynəlxalq təcrübəyə əsaslanaraq təşkil etməliyik. Bəli, ali təhsil müəssisəsinə savadlı gənclər qəbul olunmalıdır. Amma 5-6 fəndən hazırlıq, müəllimlərin yanına qaçmaq uşaqları çox yorur. Əziyyətinin bəhrəsini görməyən abituriyent də depressiyaya düşür. Önəmli dövr universitetə qəbul olandan sonra başlayır. Bizdə isə əksinədir. Dünyanın nüfuzlu universitetlərində 500 nəfər qəbul olursa, 100 nəfər oranı bitirə bilir. Bizdə isə nə qədər abituriyent ali məktəbə qəbul olursa, 4 ildən sonra da təxminən eyni sayda tələbə universiteti bitirir. Qəbul prosesini çətinləşdirmək yerinə, ali təhsilə daha ciddi yanaşmaq lazımdır”.
 
Valideynləri övladlarını dəstəkləməməkdə günahlandıran psixoloq Gülnar Orucova da məsələyə münasibət bildirib. O qeyd edib ki, ailələr uğurları ilə bərabər, uğursuzluqlarında da övladlarının yanında olmalıdır:
 
“Son dövrlərdə uşaqlardan daha çox valideynlərdə universitetlərə qəbul olmaq həvəsi yaranıb. Sanki bir-birilə prinsip aparırlar ki, kimin övladı universitetə girəcək, kim daha çox bal toplayacaq. Valideyn uşağına təzyiq edir ki, “bu qədər pul tökmüşəm, mütləq universitetə girməlisən, əziyyətimi puç eləməməlisən””. Təhsil sistemi güclü olsaydı, normal təhsil verilsəydi, valideynlər pul verib yuxarı siniflərdə uşaqlarını əlavə müəllim yanına qoymazdılar. Bu gün orta aylıq əmək haqqı universitet hazırlıqlarının pulunu qarşılamağa yetmir. Valideyn məcbur bütün qazancını uşağının təhsilinə yatırır. Nəticə gözlədiyi kimi olmayanda isə övladına təzyiq edir. Universitetə girməmək, aşağı bal toplamaq faciə olmamalıdır. Heç də hər kəs ali təhsilli ola bilməz. Övladımızı buna görə qınamaq bizə baha başa gələ bilər. Uşağı məcbur hazırlıqlara göndərmək, onun qarşısında şərt qoymaq düzgün deyil. Baxmalıyıq ki, onun marağı nəyədir, hansı peşəyə, sənətə yiyələnmək istəyir, həmin istiqamətdə inkişafı üçün imkan yaratmalıyıq”. 
 
 
Psixoloq, həmçinin, yayılan intihar videolarının məktəblilərə mənfi təsir etdiyini və onları intihara sürüklədiyini deyib:
 
“İntihar hadisələrini xəbərlər, tv kanalları həddən çox yayımlayır, sosial şəbəkələrdə videolar paylaşırlar. Uğur qazana bilməyən 17-18 yaşlı gənc də valideynlərindən gələn təzyiq azmış kimi belə videolarla rastlaşdıqca intiharı çıxış yolu kimi görür. Belə hadisələr, videolar çox tirajlandıqca, yanlış olsa belə, doğru qəbul edib bu yolu seçirlər”.
 
 
Törə Zeynal
Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

Probasiya məmurları üçün silisilə təlimlər başlayıb
17:23 17.02.2025
Azərbaycanın Suriyadakı Səfirliyi fəaliyyətini bərpa etdi
17:19 17.02.2025
Perinatal Mərkəz cərimələndi
17:17 17.02.2025
Azər Qasımov vəzifəsindən azad edildi
16:58 17.02.2025
Zelenski Türkiyəyə səfər edəcək
16:57 17.02.2025
Vəkillər Kollegiyası "Əqrəb mövsümü" serialı ilə bağlı məlumat yaydı
16:35 17.02.2025
"Avropada kifayət qədər sülhməramlı qüvvələr yoxdur"
16:34 17.02.2025
Əməkdar jurnalist Aydın Ağazadənin 70 illik yubileyi qeyd edilib
16:22 17.02.2025
" Polşa Ukraynaya qoşun göndərməyi planlaşdırmır"
16:12 17.02.2025
Terror təşkilatının "diplomatik mübarizəsi" nə deməkdir?
16:04 17.02.2025
internetdə qumar oyunu təşkil edən dəstə tutulub
15:53 17.02.2025
"Ukraynanın iştirakı olmadan qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq"
15:49 17.02.2025
CFI -ın ticarət həcmi 1.12 trilyon dolları ötdü
15:36 17.02.2025
Tramp Netanyahunu dayandıra biləcək?
15:28 17.02.2025
HAMAS-ın Livandakı lideri öldürüldü
15:03 17.02.2025
BAFTA mükafatlarının sahibləri açıqlandı
14:36 17.02.2025
Azad edilmiş ərazilərdə daha 173 mina, 306 PHS aşkarlanıb
14:28 17.02.2025
İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiqləndi - Yeni cərimələr qüvvəyə mindi
14:21 17.02.2025
Krediti alan vəfat edəndə, borcunu kim ödəməlidir?
14:15 17.02.2025
Çin ABŞ-ni səhvlərini düzəltməyə çağırır
13:56 17.02.2025
Prezident İlham Əliyev Diplomatik xidmət haqqında qanunu təsdiqlədi
13:50 17.02.2025
Azər Aydəmirdən Vəkillər Kollegiyasının bəyanatına cavab verdi
13:39 17.02.2025
İlyas İsmayılov vəfat etdi
13:23 17.02.2025
Misirdə bina çökdü
13:15 17.02.2025
Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə müraciət yaydı
12:59 17.02.2025
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı
12:52 17.02.2025
Azərbaycan rəqəmsal həllər və islahatlar vasitəsilə maliyyə inklüzivliyini gücləndirir"
12:48 17.02.2025
"Geosiyasi gərginliklərə dair qeyri-müəyyənliklə üzləşirik"
12:42 17.02.2025
ABŞ nüvə sınaqlarını tezliklə bərpa edəcək
12:39 17.02.2025
Bakıda piyadaların rahat hərəkəti üçün xüsusi proqram hazırlanır
12:38 17.02.2025
Gürcüstanın sabiq Baş naziri hücuma məruz qalıb
12:24 17.02.2025
"Əqrəb mövsümü" serilında vəkillər təhqir olundu
11:43 17.02.2025
Vaşinqton Moskva və Kiyevlə həm ayrılıqda, həm də birgə danışıqlara hazırlaşır
11:07 17.02.2025
Ərdəbildə Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində kitablar paylanıb
11:05 17.02.2025
Pensiya alan vəfat edəndə ailəyə təqaüdün neçə misli verilir?
10:54 17.02.2025
"Törətdiyiniz zülm və fəlakətlərin izlərini təmizləyin"
10:45 17.02.2025
"Qarabağın itirilməsi iki mərhələdə baş verib"
10:12 17.02.2025
Əkrəm İmamoğlunun siyasətlə məşğul olmasına qadağa qoyula bilər
10:02 17.02.2025
Sabah Rusiya və ABŞ rəsmilərinin görüşü keçiriləcək
09:54 17.02.2025
Marko Rubio Səudiyyə Ərəbistanındadır
09:41 17.02.2025
Hamısı