Xəbər verdiyimiz kimi, aprelin 24-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi keçirilib.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də tədbirdə çıxış edib. O, əvvəlcə təşkilatlara təşəkkürünü bildirib.
“ADA Universiteti Azərbaycanın son illə qazandığı ən önəmli uğurlardan biridir. Vətəndən vətənə xoş gəlmisiniz. Azərbaycan həm də sizlərin vətənidir. BAMF-ın qurucusu kimi deyim ki, 30 ildir fəaliyyətimiz konfilikt bölgələrinə, münaqişə zonalarına jurnalistlərin səfərlərini təşkil etmək və həmin yerlərdən obyektiv informasiya yayılmasına çalışmaqdır”.
Umud Mirzəyev türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub.
Daha ətraflı video-süjetdə izləyə bilərsiniz.
Oğuz