Azərbaycan ordusunun yeni post qurmasından sonra Şuşanın Kiçik Qaladərəsi kəndi ikitərəfli təcrid olunub.
Ednews xəbər verir ki, bu haqda kənd "rəhbəri" David Davtyan ermənilərə məxsus Telegram kanallarına məlumat verib.
Onun sözlərinə görə, kəndin həm Ermənistanla, həm də Xankəndi ilə əlaqəsi kəsilib:
"Bir problem yaransa, nə edəcəyimizi bilmirik. Kəndin bəzi sakinləri, o cümlədən yeganə tibb bacısı olan şəxs Gorusda qalıb və geri qayıda bilmir. Kəndin yaşlı və xəstə sakinləri narahatdır. Birinin halı pisləşsə, ilkin tibbi yardım edəcək şəxs yoxdur".