Tək başına ermənilərlə savaşan Azərbaycanın Milli Qəhrəmanı 17 güllə ilə şəhid edilən Mikayıl Cəbrayılovun HƏYAT HEKAYƏSİ

Cəmiyyət 09:42 27.04.2023

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ münaqişəsi iştirakçısı Mikayıl Cəbrayılovun doğum günüdür.

Ednews mərhum şəhidin həyatı haqqında məqaləni təqdim edir. 

Mikayıl Cəbrayılov 1950-ci ilin 27 aprel tarixindən Şəki rayonunun Oxud kəndində, İkinci Dünya Müharibəsində əfsanəvi şəxs olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ailəsində doğulub. Orta təhsilini doğulduğu kənddə alıb. Səkkizinci sinifə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis vəzifəsinə qəbul edilib. 1978-ci ildə bu məktəbi bitirib, leytenant rütbəsi alıb və sahə müvəkkili təyin edilib.

Mikayıl Cəbrayılov 1990-cı ilin dekabr ayında Qarabağa ezam olunub. Mikayıl üç polislə birlikdə Əsgəran rayonunda yerləşən Cəmilli kəndinə gedib. Bir müddət sonra onlar kəndi gəzib, sakinlərlə görüşürlər. Kənd camaatı onları böyük sevinclə qarşılayırlar. Əhali onlarla dərdlərini bölüşür, hər tərəfdən onlara dualar edirlər. Mikayılgilin gəlişi onları daha da ruhlandırmışdı.

Şəkidən ezam olunan dörd polis bir çox strateji nöqtələri öyrənir və düşmən təxribatına qarşı tədbirlər hazırlayırlar.

Qrupun rəhbəri baş leytenant Mikayıl Cəbrayılov idi. Onlara Əsgəran rayonunda yerləşən və bir neçə gün əvvəl ermənilər tərəfindən mühasirəyə alınan bu kəndi qorumaq tapşırığı verilmişdi. Kənd sakinlərinin xilaskarına çevrilmiş qrupun üzvləri erməni silahlı qüvvələri ilə müqayisədə dəfələrlə az olsalar da, Cəmillini düşmən işğalından qoruya bilirdilər. Onların belə döyüşkənliyi isə erməniləri narahat edirdi. Elə bu səbəbdən də ermənilər öz qüvvələrini artırmaqla kəndin mühasirəsini daraldır, giriş-çıxışlarda pusqular qururdular. Nəticədə, Cəmillinin digər kənd və rayonlarla əlaqəsi kəsilir, camaatın vəziyyəti daha da ağırlaşırdı. Kənddən çıxmaq istəyənlər isə ermənilər tərəfindən atəşə tutulur, əsir alınırdılar.

Bir gün polis əməkdaşlarına xəbər gəlir ki, sakinlərin çörək ehtiyatı tamamilə tükənib. Un və digər ərzaq məmulatlarının gətirildiyi Şuşa isə ermənilərin nəzarətindədir. Əhalinin yeganə ümidi qonşu Kosalar kəndinə qalırdı. Ancaq həmin kəndə üz tutmaq təhlükəli idi. Çünki Cəmilli-Kosalar yolu da ermənilərin nəzarətində idi.

Şəkidən gələn polislər bütün variantları götür-qoy edir, hansı yolla olur-olsun sakinləri çətin vəziyyətdən çıxarmaq barədə fikirləşirdilər. Çünki müharibə şəraitində olan kənd camaatı ərzaqsız tab gətirə bilməyəcəkdi.

Mikayıl digər polis əməkdaşlarını da yanına çağırıb bildirir ki, nəyin bahasına olursa-olsun Kosalardan Cəmilliyə ərzaq gətirilməlidir. Daha sonra iki polisə işarə edib deyir ki, siz burada qalıb kəndi qoruyacaqsınız, Arzu (Şəkidən gələn digər polis) da mənimlə gələcək. Kənd camaatı isə israrla onlarla birlikdə getmək və kömək etmək istədiklərini bildirirlər.

15 nəfərə yaxın könüllü yığılır. Onlardan Mikayılla Arzu təhlükəsizliyi təmin etməli, digərləri isə un və digər ərzaqların qısa vaxtda maşına yüklənib ünvana çatdırılmasına köməklik göstərməli idilər. Beləliklə, onlar "Zil" markalı yük maşınına minib yola düşdülər. Mikayıl yol boyu silahdaşı Arzu ilə ətrafa göz qoyurdu.

Bu vaxt meşəlikdən atəş səsi eşidilməyə başladı. Ermənilər Mikayılgilin olduğu yük maşınına hücum etməyə başladılar. Bir neçə dəqiqə sonra onlar artıq pusquya düşdüklərini anladılar.

Qəfil hücumdan çaş-baş düşən 5 sərnişin düşmən gülləsindən yayına bilmir. Mikayıl cəld maşından yerə tullanır və təkbaşına ermənilərlə döyüşə girir. Bu vaxt düşmən gülləsindən biri də sürücünün çiyninə tuş gəlir və o, idarəetməni itirəcəyindən qorxub maşını saxlamağa məcbur olur. Bu vaxt Arzu yaralılara tərəf əyilir. Onlardan biri artıq canını tapşırmışdı. Bu sarsıntıdan özünə gəlməmiş o, Mikayılın səsini eşitdi:

- Arzu, Kosalara çox az qalıb. Sən camaatı o kəndə salamat çatdırmağa çalış, mən hücumun qarşısını almağa çalışacağam.

Mikayıl sürücüyə maşını hərəkətə gətirməsini əmr edir. Sürücü özünü güclə toplayıb Kosalara tərəf yoluna davam etməyə başlayır. Arzu yol boyu maşının kuzovundan düşmənə atəş açaraq, bir neçə ermənini məhv edə bilir. Sürücü isə maşını sürətlə idarə edərək, qısa bir vaxtda onları hadisə yerindən xeyli uzaqlaşdırır. Bir neçə dəqiqədən sonra atəş səsləri kəsilir.

Onlar təzəcə xilas olduqlarını fikirləşməyə başlayırlar ki, bir daha silah səsi eşidilir. Başından güllə yarası alan Arzu elə həmin yerdə şəhid olur. Mikayıl isə döyüş yoldaşının başına gələnlərdən xəbərsiz vuruşurdu. O, qeyri-bərabər döyüşdə xeyli erməni quldurunu məhv edə bilir. Bu dəqiqələr ərzində o, kənd camaatı olan maşının döyüş yerindən uzaqlaşmasına kömək edə bilir. Ancaq, maşın gözdən itər-itməz Mikayıl ağır yaralanır. O, güclə sürünərək daha təhlükəsiz bir yerdə - yolun qırağındakı ağacın altında mövqe tutur. Avtomatını götürüb atəş açmağa başlayır. Ancaq, çox sayda erməni işğalçıları onu şəhid edir. Sonradan məlum olur ki, həmin döyüşdə Mikayıl Cəbrayılova on yeddi güllə vurulmuşdu.

Mikayıl Cəbrayılov İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun böyük oğludur. Ata ilə oğulun taleləri müəyyən mənada bir-birinə çox oxşayır.

Əhmədiyyə Cəbrayılov xatirələrindən birində deyir ki, müharibədən qayıdandan sonra Şəkidə bir çox maddi problemlərlə üzləşir, çətinliklər yaşayır.

O həmçinin deyir ki, Fransada etdiklərini rayonda, kənddə kimə danışırsa, inandıra bilmir. Nəhayət, bir gün Fransanın prezidenti Şarl de Qol 1966-cı ildə Moskavaya səfəri zamanı rəsmi şəxslərə Əhmədiyyə Cəbrayılov adlı hərbçi barədə danışır və onunla görüşmək istədiyini bildirir. Çətinliklə də olsa Əhmədiyyəni Şəkinin Oxud kəndindən tapa bilirlər və təzə paltar, kostyum geyindirib, Moskvaya Fransa prezidentinin görüşünə aparırlar. Həmin gündən etibarən Əhmədiyyə Cəbrayılov Fransaya bir neçə dəfə səfər edir.

Qeyd edək ki, Mikayıl Qarabağda olduğu dövrdə "Xarqo" Fransada səfərdə idi. 1990-cı il dekabrın 17-də Əhmədiyyə Cəbrayılov Şəkiyə - evlərinə qayıdır. Ailə üzvləri ondan: "Hələ bir qədər də orada olmalı idin, niyə belə tez qayıtdın?" - deyə soruşurlar. O da: "Nədənsə ürəyim sıxıldı, qala bilmədim, ona görə də, tez qayıtdım", - deyir. Bir neçə dəqiqə sonra isə oğlunun - Mikayıl Cəbrayılovun ölüm xəbərini alır və ata ürəyinin narahatlığının səbəbi məlum olur.

Mikayıl Cəbrayılov Şəki rayonunun Oxud kəndində dəfn edildi. Ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü. 1992-ci il iyun ayının 6-da isə "Qızıl Ulduz" ordeni ilə təltif olundu. İndi şəhid olduğu kənd də Mikayılın adını daşıyır. Şəki şəhərində isə onun adını daşıyan bir küçə var.

Oğuz
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Hamısı