Suqovuşanda mina qurbanı olmuş BAMF əməkdaşı Xəzər Babaşov Bakıya gətirildi. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu reanimasiya şöbəsinə yerləştirilən Xəzər Babaşovun bazar ertəsi günü reamputasiya əməliyatı olması gözlənilməktədir. Ednews xəbər verir ki, BAMF prezidenti Ümid Mirzəyev Xəzər Babaşovu ziyarət edərək, səhhəti ilə maraqlandı və BAMF olaraq lazımlı bütün köməklikləri göstərəcəyini bildirdi.
Qeyd edək ki, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.