Mayın 2-də ADA Universitetində “Böyük Avrasiya geosiyasətinin formalaşması: Keçmişdən bu günə” adlı 4-cü beynəlxalq konfrans keçirilir. Konfrans Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Ednews xəbər verir ki, konfransda 38 ölkədən 60-dan çox nümayəndə iştirak edir. Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Fariz İsmayılzadə bildirib ki, bu Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İştirakçılarından biri olan “USA Summit International Consultants” MMC-nin idarəedici direktoru David A. Merkel Avrasiyada geostrategiya ilə bağlı müzakirələrdə əsas məqamın olduğunu bildirib.
“Bölgəyə böyük strateji liderlər rəhbərlik edir və tez-tez səfərlər təşkil olunur. Buraya toplaşan akademiklər, ekspertlər və digər insanlar bu regionun gələcəyinin necə olacağına, hansı imkanlar yaratdığına diqqət yetirməlidirlər”.
Ülviyyə Şahin