“Dünən Sumqayıt idman məktəbində məşqçi Mehman Xəlilov tərəfindən 7 yaşlı uşağa qarşı zorakılığın görüntüləri yayıldı. Həmin videodan aydın olur ki, həmin məşqçi digər uşaqlara qarşı da zorakı davranıb”.
Ednews xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Kamal Cəfərov səsləndirib.
“Bu cür hallara qarşı xüsusi yanaşmanın göstərilməsi vacibdir. Gənclər və İdman Nazirliyi, müvafiq federasiyalar bu məsələ ilə məğul olmalıdır. O cümlədən, idman məşqçiləri ilə profilaktik söhbətlər aparılmalı, zallarda kameraların quraşdırılması məcburi olmalıdır. Buradan uşaqlara da səslənmək istəyirəm ki, məşq zallarında zorakılıqla qarşılaşdıqda mütləq polisə müraciət etsinlər”, - deyə deputat əlavə edib.