“Azərbaycan Heydər Əliyevin səyləri sayəsində böyük inkişafa nail olub”.
Ednews xəbər verir ki, Beynəlxalq ekspert, Ceymstaun Fondunun idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza jurnalistlərə bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans çox gözəl hadisədir.
O, ADA Universitetinin hər il Azərbaycanda baş verənləri anlamaq və müzakirə etmək üçün dünyanın hər yerindən ekspertləri, diplomatları, səfirləri, keçmiş və indikiləri bir araya topladığını vurğulayıb:
“Bu, çox uğurludur, çünki Azərbaycan sürətlə inkişaf edir. Bu il tədbir Heydər Əliyevin irsinə həsr olunub. Təəccüblüdür ki, onun strateji baxışı nə qədər dərin idi və o, hakimiyyətə gələndə Azərbaycanda vəziyyət necə ağır idi. Müharibə, iqtisadi tənəzzül, neft və qaz yox idi. Sənayenin, boru kəmərlərinini olmadığını görürüdük. İndi hər şeyin ağıllı investisiyalar, milli strategiya, insan kapitalı sayəsində dəyişdiyinin şahidiyik”.
Ülviyyə Şahin