Kamran Əliyev: "Bayrağımızı yandıran şəxsin həbs qərarını göndərmişik" - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Kamran Əliyev: "Bayrağımızı yandıran şəxsin həbs qərarını göndərmişik"

Cəmiyyət A- A A+
"Mina terroru Azərbaycan üçün ən aktual məsələdir. 44 günlük müharibə bitib və Azərbaycan qalib gəlib, lakin təəssüflər olsun ki, mina terroru davam edir".
 
Ednews  xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. 
 
Baş prokuror qeyd edib ki, Azərbaycanın iki hərbçisinin əsir götürülməsi və onlara qarşı güc tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb:
 
“Bundan əlavə, Azərbaycan bayrağının İrəvanda yandırılması ilə bağlı həmin şəxsi beynəlxalq axtarışa vermişik, bütün həmkarlarımıza məlumat və həbs qərarını göndərmişik”.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...