Azərbaycanın 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, dövlət büdcəsinə dəyişikliklərin istiqamətləri müəyyən edilib.
"Dövlət büdcəsinə düzəlişlər qanunvericiliyə uyğun olaraq, may ayının 15-dən tez Milli Məclisə təqdim olunmur. Bu təqvimə riayət edəcəyik", - deyə nazir əlavə edib.