Xəbər verdiyimiz kimi, minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycana səfəri davam edir.
Ednews xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirdib ki, vətən müharibəsindən sonra səksən min hektardan artıq sahə minalardan təmizlənib.
O qeyd edib ki, Heidi Kühnun əsas istəyi Azərbaycanın mina problemini dünyaya çatdırmaqdır.
" 2020-ci ildə müharibədən sonra işğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri davam etdirilir. İndiyədək 80 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Onu da qeyd edim ki, azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlar ən çox Ağdam və Füzuli rayonları ərazisində aşkar edilib", - o vurğulayıb.
Ətraflı video-müsahibədə:
Oğuz