Heidi Kühn azərbaycanlı analarla birlikdə dünya qadınlarına müraciət etdi

Cəmiyyət 15:45 09.05.2023

Xəbər verdiyimiz kimi, minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycana səfəri davam edir.

Ednews xəbər verir ki, xanım Heidi Füzuli rayonu, Aşağı Əbdürrahmanlı kəndində Beynəlxalq Analar Günü münasibətilə Azərbaycan qadınlarının dünya analarına bəyanat müraciətini səsləndirib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının üzvü Aysaba Mirzayeva və bir sıra Azərbaycan xanımları bəyanatı imzalayıblar. 

Bəyanatın tam məntini təqdim edirik:

“Biz sizə qocaman Qafqazın Qarabağ diyarından, yüz illər boyunca ən böyük arzusu sülh, dinclik, təhlükəsiz həyat olan Azərbaycan qadınları ilə birlikdə müraciət edirik. Çağırışımız səbəbsiz deyil, dünyanın mütərəqqi ictimaiyyəti sülh naminə gərgin mübarizə aparsa da təəssüf hissi ilə qeyd edirik ki, dünyanın qaynar nöqtələrində artan qeyri-humanist təzyiqlər insanlığı, gələcək nəsilləri və dünyamızı təhdid etməkdədir. Hər il dünya üzrə on minlərlə insan mina və müharibənin mənfi təsirlərindən əziyyət çəkir, fəlakətli partlayışların qurbanına çevrilir. Əgər yer kürəsinin 60-dan çox ölkəsində torpağın sinəsinə sancılan 60 milyondan çox mina öz qurbanını gözləyirsə buna necə soyuqqanlı yanaşmaq olar?! Əlbəttə qətiyyən olmaz. İndi çoxsaylı dövlətlər, politoloqlar, təhlilçilər, mətbuat tərəfindən bəyan edilir ki, minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri də Azərbaycandır. Uzun illər işğal altında olan Qarabağ torpaqlarının az qala hər qarışı minalanıb. Nə yazıq ki, mina təhlükəsi hələ də torpağın alt qatında gizlənsə də ölüm saçan bu silahların nə zamansa baş qaldıracağı açıq-aşkar hər kəsə bəllidir. 

Əziz qadınlar, biz dərin ürək ağrısı ilə bildiririk ki, 2020-ci il Azərbaycan və Ermənistan arasındakı İkinci Qarabağ müharibəsinin taleyini həll edən 10 noyabr razılaşmasından indiyədək Azərbaycanda 301 nəfər mina hadisəsinin qurbanına çevrilmişdir. Minanın hansı koordinatda partlamasından, fəlakətə düçar olanın kimliyindən asılı olmayaraq bütün hallarda dərdi qazanan Azərbaycanın anaları, qadınlarıdır. Onlar özləri də mina təhlükəsi ilə qarşılaşmaq azmış kimi qardaş, ər, övlad itirir, əlil ailə üzvlərinin sayı get-gedə artır. Hər mina partalayışından sonra məhz biz anaların ah-naləsi, çığırtısı da ərşə qalxır. Partalayan hər mina bir ailənin və bir ananın həyatını, xoşbəxtçiliyini və gələcəyə ümidlərini qəhr edir.

Bu gün burada, Beynəlxalq Analar günündə Qarabağda, Füzuli rayonunda, Aşağı Əbdürrahmanlı kəndində Azərbaycanlı analar ilə birlikdə dünya qadınlarına səslənirik. Bəşəri mina probleminin təkcə Azərbaycanın deyil, o cümlədən digər ölkələrin də dərdi olduğunu və bu problemə səssiz qalmağın daha çox canımızı ağrıdacağını dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik. Eyni zamanda, belə bir məsuliyyətli mərhələdə razılıq hissi ilə qeyd edirik ki, “Sülhün Kökləri” təşkilatı bu gün Azərbaycanda da öz toxumlarını yetişdirir və o, yerli tərəfdaşı olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə “Minalardan Üzümlüklərə” ideyasını bu kənddə inkişaf etdirməyə qərar vermişdir. Bizimlə birgə olan azərbaycanlı anaların qatqısı ilə biz burada “Sülhün Əkilməsi” kampaniyasına başlayaraq minaların cəngindən xilas edilmiş sahələrə sülh toxumları səpəcəyik. 

Biz sülh istəyirik! Biz uşaqlarımızın, oğullarımızın, qızlarımızın və gələcəyimizin sağlam olmasını istəyirik! Sağlam gələcək üçün minasız həyat və sülh! Bizim ali niyyətimiz sülhdür. Ümid edirik ki, dünyanın sülhsevər qadınları səsimizə səs verəcək və qadınların həmrəyliyi ilə Azərbaycanda, eləcə də yer üzündə sonuncu mina məhv ediləcək, yer üzü təhlükəsiz, başdan-başa sülhün bərqərar olduğu gülüstana çevriləcək!”

Oğuz

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Hamısı