Xəbər verdiyimiz kimi, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Ednews xəbər verir ki, ölkəmizdə səfərdə olan “Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, ANAMA İdarə Heyətinin sədrinin müavini Samir Poladov və qurum nümayəndələri ilə Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyasında iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli” elan olunub. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm respublikamızda, həm də onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir.
Oğuz