Xəbər verdiyimiz kimi, minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycana səfəri davam edir.
Ednews xəbər verir ki, xanım Heidi Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü Xəzər Babaşovu ziyarət edib.
H.Kühun zərərçəkmiş şəxsə sevgi və qayğı ilə yanaşıb. Onun acısını öz acısı kimi hiss edib:
“Mənim də üç oğlum var, ananızın acısını hiss edirəm. Heç bir ana belə bir ağrı-acı yaşamamalıdır. Cəsarətinizi alqışlayıram. Əlimdən gələni edəcəyəm ki, minalar təmizlənsin. Siz güclü olmalısınız ki, ananızın yanınızda olasınız”.
Ətraflı video-süjetdə izləyə bilərsiniz:
Oğuz