Xəbər verdiyimiz kimi, minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycana səfəri davam edir.
Ednews xəbər verir ki, Heidi xanım BAMF prezideni Umud Mirzəyevlə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla görüşüb.
Xatırladaq ki, Heidi Kühn 2022-ci ilin 1-5 mart tarixlərində Azərbaycanda ilk dəfə səfərdə olub. Səfər zamanı Heidi Kuhn ölkəmizin bəşəri mina problem ilə yaxından tanış olmuş və bu istiqamətdə gələcək əməkdaşlıqların təməlini qoymuşdur.
Oğuz