Xəbər verdiyimiz kimi, minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Azərbaycana səfəri davam edir.
Ednews xəbər verir ki, H. Kühn ANAMA- nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və BAMF-nun prezidenti Umud Mirzəyevlə birgə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla görüşüb.
Daha sonra qonaqlar Bakı Ali Neft məktəbinin bağçasında ağacəkmə mərasimində iştirak ediblər. “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezideni Umud Mirzəyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov birlikdə ağac əkiblər.
Xatırladaq ki, Heidi Kühn 2022-ci ilin 1-5 mart tarixlərində Azərbaycanda ilk dəfə səfərdə olub. Səfər zamanı Heidi Kuhn ölkəmizin bəşəri mina problem ilə yaxından tanış olmuş və bu istiqamətdə gələcək əməkdaşlıqların təməlini qoymuşdur.