Statistika məlumatları göstərir ki, Azərbaycan universitetlərinin əksəriyyəti gələcək ilə bağlı sürətli texnoloji infrastruktur və çağırışlardan geri qalır.
Təhsil eksperti Kamran Əsədov feysbuk hesabında təhsil islahatları və təhsil dəyişikliklərinin ali təhsil pilləsində həyata keçirilməsi ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, ekspert bu fikirlərlə çıxış edib:
“Daha dəqiqi əksər universitetlərimiz müasir trendlərdən geri qalır. Son illərdə beynəlxalq təhsil trendləri, texnologiyaların inkişafı və işgücü bazarının dəyişən tələbləri universitetlərimizi dəyişməyə məcbur edir. Bu dəyişikliklərə ayaq uydurmaqdan uzaq olan bəzi universitetlər isə gələcək üçün kadr hazırlığında çətinliklər yaşaya bilər ki, bu da onların sonunu gətirəcək.
Hal-hazırda istər dövlət, istərsə də özəl universitetlər arasında varlığı və yoxluğu yalnız qəbul imtahanından sonra abituriyent 4 jurnalında xatırlananlar var. Düşünürəm ki, təhsil islahatları və təhsil dəyişikliklərinin ali təhsil pilləsində həyata keçirilməsinin vaxtıdır. Orta məktəb bazasında eşələnmək bəs edir”.
Aysel Yusifova