Naxçıvanda daha bir nazirlikdə YEYİNTİ Milyonlarla manat...

Cəmiyyət 15:30 16.05.2023
Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevralın 15-dən martın 18-nə qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalar nəticəsində milyonlarla manat mənimsəmə aşkarlayıb. 
 
EDnews  ali audit qurumuna istinadən xəbər verir ki, yoxlamalar 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri ilə bağlı olub. 
 
Audit nəticəsində subsidya verilməsi üçün ayrılmış vəsaitin 57,2 %-nin əsassız xərclənməsi müəyyən edilib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb. 
 
Bundan başqa, aqrar sahədə subsidiya üzrə ölkə prezidentinin fərmanları düzgün tətbiq edilməyib. Belə ki, dövlət başçısının "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 27 iyun 2019-cu il fərmanını və fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi" Naxçıvanda tətbiq edilməyib, nazirlikdə müvafiq işçi qrupu yaradılmayıb, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb. 
 
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd muxtar respublikada tətbiq edilib, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 %-i əkin subsidiyası hesabına, 30 %-i isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilmişdir. 
 
Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülüb və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmayıb. 
 
2021-ci ildə Naxçıvanda 17 294,6 hektar sahədə aparılmış yaz əkinləri üçün hesablanmış əkin subsidiyasından gübrənin alınması üçün nəzərdə tutulmuş məbləğin 70%-i gübrə istehsalçılarına verilməyib. 
 
2021-ci ildə subsidiya üzrə vəsaitdən 2 milyon manatı nazirlik "Kapital Bank" ASC-nin "Naxçıvan" filialında açdığı hesablaşma hesabında saxlayıb, növbəti ilin subsidyalarının verilməsində istifadə edib . 
 
Rayon komissiyaları və yerlərdə aparılan araşdırma zamanı bir sıra nöqsanların aşkar olunduğu müəyyən edilmişdir. Belə ki, subsidiyanın hesablanması və ödənilməsində; 
 
- icarə müqavilələrinin bağlanmaması; 
 
- müqavilələrdə tərəflərin imzalarının olmaması; 
 
- icarə müqavilələrinin təsdiq edilməməsi və ya sonradan təsdiq edilməsi; 
 
- əkin subsidiyasının verilməsinə əsas verən torpaq sahələrinin təsdiqedici sənədlərdə göstərilən hektarlarla uyğun olmaması; 
 
- subsidiyanın verilməsi üçün digər təsdiqedici sənədlərin olmaması; 
 
- adlarına subsidiya rəsmiləşdirilmiş vətəndaşlara subsidiyanın ödənilmədiyi və bu barədə vətəndaşların xəbərsiz olması halları müəyyən edilmişdir. 
 
Meyvə bağlarına subsidiyaların hesablanması zamanı ən yüksək əmsal tətbiq edilməklə bütün bağlar yeni və intensiv meyvə bağları kimi rəsmiləşdirilmiş, rayon komissiyaları tərəfindən təsdiq edilən adlı siyahılarda meyvə bağları növlərinə görə fərqləndirilməmiş, əkilməyən və ya mövcud olmayan əkin sahələrinə, meyvə bağlarına, üzüm bağlarına, tinglərə, toxumlara və dövlət dəstəyinin digər növlərinə (arı ailələri, süni mayalanma ilə doğulan buzovlar və s.) görə subsidiyanın verilməsi rəsmiləşdirilib ki, bu da digər sahələrdə olduğu kimi dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsinə şərait yaradıb. 
 
Texnikanın güzəştli şərtlərlə satışı zamanı nöqsanlara yol verilib. Belə ki, “Aqrolizinq" ASC tərəfindən "Naxçıvan Aqrolizinq" ASC-yə əvəzsiz verilən traktor və kotanların satışı zamanı büdcə vəsaiti hesabına "Naxçıvan Aqrolizinq"a əsassız olaraq 40 % güzəşt üzrə 58 800 manat subsidiya köçürülüb, texnikaların güzəştli şərtlərlə satışı zamanı alıcıların maliyyə vəziyyəti və digər istiqamətlərdə risklər araşdırılmayıb. 
 
Un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməyib. Belə ki, nazirlik İqtisadiyyat Nazirliyinin xətti ilə satılan unun hər tonuna görə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərini yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq” istifadə edib. 
 
Vəsaitlərin istifadəsi zamanı mühasibat uçotunun bəzi tələblərinə əməl edilməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18,5 milyon manat, 2022-ci ildə icra edilmiş 6,9 milyon manat vəsait nazirliyin maliyyə hesabatlarında əksini tapmayıb. 
 
Nazirliyin "Araz" Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatı "Nağdsız hesablaşmalar haqqında" qanunun tələblərini pozaraq pulun dövriyyəsini nağd qaydada həyata keçirib, mühasibat uçotu aparılmayıb, hesabat tərtib etməyib. 
 
Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda nazirlikdə aparılan yoxlamanın nəticələri barədə məlumat müvafiq qurumlara göndərilib. 
 
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
Hamısı