Yağan güclü yağış Naxçıvan Dövlət Universitetinin binasına zərər vurub.
Ednews xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, universitetin auditoriyalarını və dəhlizlərini su basıb.
Qeyd edək ki, ötən gün Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.