Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Ednews xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.
Bildirilib ki, vətəndaşlar ödənişləri müvafiq olaraq bank kartları vasitəsi ilə ala biləcəklər.
Bununla da, may ayının bütün sosial ödənişlərinin verilməsi tamamlanacaq.