“Manipulyasiya xarakteri daşıyır...” - Əmlakın sığortası icbari olacaq? Ekspert məsələyə aydınlıq gətirdi

Cəmiyyət 17:50 23.05.2023

İyunun 1-dən daşınmaz əmlakın icbari sığortası ilə bağlı mövcud qanunvericiliyin tələbləri icra edilməyə başlanılacaq.

Ednews xəbər verir ki, “İcbari Sığortalar haqqında” Qanuna əsasən, sığorta məcburi xarakter daşıyır. Daşınmaz əmlakını sığortalamayan şəxslər isə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada və məbləğdə cərimə olunurlar.  

Daşınmaz əmlakın icbari sığortası və qanunvericiliyin tələblərinin həyata keçirilmə mexanizmi barədə Ednews-a danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov qeyd edib ki, sözügedən qanun 2011-ci ildən qüvvədə olsa da, Fövqəladə Hallar Nazirliyi ölkədə hüquqi şəxslərə nisbətdə onun tələblərini həyata keçirir, cərimə protokolu tərtib olunur. Fiziki şəxslərə gəldikdə isə, dövlət bununla bağlı yumşaq siyasət yeridir. Ekspert bunun səbəbini belə izah edib:

“Fiziki şəxslərin cərimələnməsilə bağlı protokol nümunəsi olmadığı üçün cərimə yazmaq mümkün deyil. Ona görə də bu qanunun prosedur qaydası hələ ki, yoxdur. Fiziki şəxlərə cərimə protokolu yazmaq səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına verilib. Onlar da hələ ki, bu məsələ ilə dərindən məşğul olmurlar”.

Ekspert qeyd edib ki, cərimələrin tətbiq olunması ilə bağlı addım vətəndaşlarda sığortanın vacibliyinə diqqəti çəkmək üçün atıla bilər:

“Ümumiləşdirsək, onu deyə bilərəm ki, iyunun 1-dən İcbari Sığorta Bürosu ilə Dövlət Əmlak Xidməti arasında elektron mübadilə proqramı olacaq. Bu da o deməkdir ki, Dövlət Əmlak Xidməti məlumatları ötürəcək İcbari Sığorta Bürosuna, o da hansı əmlakın sığortalı, hansının sığortasız olduğunu yoxlayacaq. Bu qurumlar cərimə etmək səlahiyyətinə malik deyil. Nə sığorta şirkətləri, nə İcbari Sığorta Bürosu bu məsələ ilə bağlı tədbir görə bilər. Bütün bunlar manipulyasiya xarakteri daşıyır”.  

Bəzi sığorta növlərinin məcburi, bəzilərinin isə könüllü xarakter daşıdığına diqqət çəkən ekspert qeyd edib ki, bir müddət sonra sığorta könüllü əsaslarla həyata keçirilə bilər:

“1999-cu ildə Türkiyədə böyük zəlzələ baş verdi, daha sonrakı illərdə ölkəmizdə də daşqınlar oldu, Kürün səviyyəsi qalxdı. O vaxt dövlət büdcəsindən 240 milyon manat məbləğində maliyyə ayırıldı. Balakən-Zaqatala zonasında uçunlar, torpaq sürüşmələri oldu, evlərə ziyan dəydi. Artıq dövlət bununla bağlı tədbirlər planı hazırlamağa başladı. Vətəndaş təbii fəlakət baş verən kimi anındaca dövləti günahlandırır, ondan kompensasiya tələb edir. 2019-cu ildə Şamaxıda zəlzələ baş verdi, onun təsirindən İsmayıllı və digər yaxın bölgələrdə də torpaq sürüşmələri oldu. O zaman da qanunun olmağına baxmayaraq yenə də vətəndaşlar dövlətdən kömək istəyirdilər. Sığorta kompensasiyası verilməyə başlandı. Dövlət sığortası olmayan evlərə də kömək etdi. Sığorta olunmuş evlərlə bağlı isə sığorta şirkətləri vətəndaşlara problem yaradırdı. Belə bir təzadlı vəziyyət yaranmışdı”.

İ.İbrahimov onu da vurğulayıb ki, vətəndaşlar bu məsələdə diqqətli olmalı, əmlaklarını sığortalamalıdırlar. Kompensasiyanın az olmasının səbəbi isə sığorta məbləği ilə bağlıdır.

“Bölgələrdə sığorta haqqı 30-50 manat arasıdır. Bakıda sığorta kompensasiyası 20-25 min manat arası dəyişir. Narazılıq edirlər ki, Bakı üçün bu məbləğ azdır. 2011-ci ildə bu qanun qüvvəyə minəndə minimum 25 min manata kiçik evlər almaq olurdu, kompensasiyanın məbləği də o vaxtkı qiymətlərə əsasən müəyyən olunmuşdu. Evin qiyməti daha bahadırsa, 25 minlik kompensasiya üçün lazım olan sığorta məbləğinin qalan hissəsini vətəndaş könüllü şəkildə ödəyə bilər, yəni  artıq 50 manat yox, daha çox ödəməli olacaq”.

Ekspert son olaraq sığorta şirkətlərinin qiymətləri artırmasına da münasibət bildirib:

“Sığorta risklə bağlıdır. Əgər risk varsa və artırsa, bu, sığorta qiyməti ilə düz mütənasiblik təşkil etməlidir. Evlərin, avtomobillərin qiyməti artır, əmlakı təmir etmək üçün tikinti materiallarının qiymətləri artır, ustaların pulu artır... Sığorta da belədir. Sığorta ilə bağlı sahələrdə qiymət artımları varsa, sığorta şirkətlərinin də qiymətləri qaldırması təbii prosesdir. 2011-ci ildən bu yana icbari sığorta ödənişləri artmayıb”.

 

Törə Zeynal

 

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Hamısı