İldırım vurması nəticəsində ölən əsgər Davud Məmmədli torpağa tapşırılıb.
Ednews oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı əsgər Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub.
Hadisə Daşkəsən rayonunda yerləşən hərbi hissədə qeydə alınıb.
Davud Məmmədli Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbristanlıqda dəfn edilib.