Elektron siqaretlə arıqlayan qadınlar, 2 min manatlıq pendir... “YayLand Fest” yarmarkasından REPORTAJ

Cəmiyyət 12:00 27.05.2023

Ednews Oğuz Ayvazın “YayLand Fest” yarmarkasından yazdığı reportajı təqdim edir.

Mayın ən isti günündə yolum Fəvvarələr meydanınadır. “Tarqovı”nun mərkəzində Nil çayı kimi uzanan  “YayLand Fest” yarmarkası rəngarəngliyi ilə ətrafa qeyri-adi bir enerji ötürür. 

Girişdə dönər satan oğlan diqqətimi çəkir. 

- Abi, türkmüsün?

- Yox, qardaş, azərbaycanlıyam.

- “Ali Baba” yazılıb köşkün üzərinə, elə bildim türksən.

- Adım Əlidi, babamın adının qoyublar. 

- Neçiyə satırsan dönəri?

- Üç manata.

- Müştərilərin çoxdu?

- Hava qızanda seyrəklik olur. 

Ardınca elektron siqaret satan köşkə yaxınlaşıram. Qıpçaq gözlü qız üzündə təbəssümlə müxtəlif meyvələrdən hazırlanmış elektron siqaretlər haqqında məlumat verir.

- Çəkənsiniz?

- Bəli.

- Neçə yaşınız var?

- 19

- Çox tez başlamısınız. 

Gülümsəyir. Ardınca maraqlı bir söz deyir:

- Elelktron siqaretlər insanda iştahı azaldır, adamı tox saxlayır. Xüsusən dieta saxlayan xanımlar üçün məsləhətdir. Həm də ki, bu siqaretlər o qədər də zərərli deyil.

“YayLand Fest” yarmarkasında 62 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər var. Yarmarka qonaqları Qərbin və Şərqin ləzzətli təamlarını, eksklüziv suvenirlər, sərinləşdirici içki və dessertlər əldə edə, həmçinin ənənəvi yarmarka əyləncələri ilə yanaşı bədii instalyasiya, fotozona, 4D kinoteatr, qorxu otağı, yeni oyunlar və labirint otağını kəşf edə bilərlər.

Diqqətimi böyük bir pendir çəkir. Az qala çəkisi 15 kq-dır.

- Bu pendir neçəyədir?

- 2 min manat. İtaliya pendiridir. Bir porsu 6-7 manat arası dəyişir.

“YayLand Fest”-də balacadan böyüyə hər bir qonaq nağıllar aləminə qərq olur. Yarmarkanın müxtəlif yerlərində və yarmarkanın ümumi konseptində məşhur ingilis yazıçısı Luis Kerolun “Alisa möcüzələr aləmində” əsərinin elementlərinə rast gəlmək mümkündür.

Burda hər cür qeyr-adi təamlardan dadmaq mümkündür. Kofe, bal, dondurma, içki, kokteyl... Hər köşkə yaxınlaşdıqca sanki başqa ölkəyə səyahət edirmiş kimi hiss edirəm. İtaliya, İspaniya, İsveçrə, Türkiyə mətbəxi...

Şirkət taksisi olan köşk də var. Adını demirəm ki, reklam olmasın. İki qırmızı paltarlı qız köşkün qarşısında dayanıb. Qonaqlara şirkətlərini tərifləyirlər.

Qarşıdan gələn kepkalı qaqaş qızlardan soruşur:

- Şirkət taksisidir?

- Bəli, yaxınlaşın, ətraflı məlumat verək.

- Mən, ancaq manatlıq taksidən istifadə edirəm.

Qırmızı geyimli qızların üzləri pörtür, amma bildirməməyə çalışır, çətnliklə qımışırlar. 

İki rəfiqə diqqətimi çəkir. Yarmarkanın düz ortasında ayaqlarını xaç şəklində əyib dodaqlarını büzərək selfi çəkdirirdilər. Ard-arda şəkil çəkəndə başları da ritmik olaraq sağa və sola çevrilir, təbəssümlərin yeri dəyişir, hərdən qaşları yuxarı dartılır, hərdən də gözlərini irilədib obyektivə süni sevgiylə baxırdılar. Selfi bir neçə dəfə alınmadı, qızlar əsəbiləşib ufuldadılar, təzədən ayaqlarını xaç işarəsi sayaq dartıb dayandılar və bayaqkı süni təbəssümü də üzlərinə qondurub domba gözlərlə obyektivə baxdılar.

Kitab dükanı görəndə sevincim daha da artır. Kitablarsız yarmarka olar? Öz-özümə deyirəm.

- Yarmarka açılandan ən çox hansı müəllifin kitabı satılıb?

Satıcı qollarını bir-birinə düyümləyir, fikrə gedir, aha yadına düşdü.

- Dilşad Talıbova – “Səndən qalan Noybar” kitabı ən çox satılandır.

- Neçə nüsxə satılıb?

- 20.

- Bunun nəyi çoxdur?

- Qardaş, biabarçılıqdır. Günə 1 kitab satsaq sevinirik. Camaatın nəyinə lazım kitab?!

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” və AFAQ layihələri də yarmarkada iştirak edir. 

- Qardaş, gəl bəri görüm. Sən gör ömründə belə bal yemisən?

Dadıram, içimə şirin, ləzzətli, çiçəklərin ruhunu və ovqatını daşıyan bal yayılır.

- Necədi?

- Əla!

- Onda gəl sənə bir kilo çəkim. Siftə eləməmişəm. Görürəm, mərifətli oğlansan.

Təzə gəlmişəm, bir az gəzim gələcəm. 

Bal satandan uzaqlaşıb şar satanlarla rastlaşıram, əllərindəki şarlar mənim uşaqlığımdakı şarlara bənzəmirdi, daha çox küçə fənərlərinə bənzəyirdi.

- Necə gedir işlər, qardaş?

 Əlində şarlar tutmuş adam bizi görən kimi geriyə çəkildi, gülümsündü və susdu.

- Nə lazımdı, qaqa? – onun yanındakı həmkarı soruşdu.

- Qiymətlər neçəyədi?

- Şarları deyirsən?

- Hə…

- Adamına görə dəyişir…

- Necə ki?

- Baxır adamına… - gözləri çuxura düşmüş qardaş yumor hissinə söykənib gülümsündü.

- Məsələn, mənə nə qədərə verərsiniz?

- Bax bu şar 3 manatdı. – “Mişkalı” şarı göstərdi – Amma sənə 5 manata verərik.

Yanındakı həmkarı şarları yelləyə-yelləyə güldü. Biz də ona qoşulduq. Çox gülməli zarafat idi.

- Əvvəlki kimi deyil heç nə – şar satan gülüşünü üzündə dondurub ciddiləşdi – camaatı da qınamaq olmur. Pul yoxdur. Kasıbçılıqdır.

- Günə nə qədər satırsınız?

- Allah-taala nə qədər buyurub o qədər?

- Nə qədər buyurur bir gündə?

- Nə bilim…

- Təxmini…

- Təxmini yüz dənə…

- Yüz?

- Hə…

- Onda işlər pis getmir ki…

- Şükür bu günümüzə.

Burdakı kibrit boyunda köşklərin arendası 5-7 min arası dəyişir. Sponsorların maliyyə dəstəyi və yarmarkada qurulan köşklər kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qrup uşağın müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. 

Yarmarkanın son dayanacağına çatıram. Çıxışın kandarında “bomj”un dönəri acgözlüklə yeməyi diqqətimi çəkir. Təzə aldığım telefonla onun fotosunu çəkirəm. Aha, reportajın son detalı da tapıldı – deyə düşünürəm. Hava sərinləməkdən daha da qızmarlığını artırır. Günəş batmadan yarmarkanı geridə buraxıram. 

Oğuz Ayvaz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı