Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi FOTO

Cəmiyyət 19:29 01.06.2023
Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub.
 
Ednews xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.
 
Zooloji Park və Bakı Abadlıq Xidmətinin əməkdaşlığı ilə təşkil olunan  “Gələcək uşaqlara məxsusdur” adlı şənlikdə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı, “Ümid işığında” Əlil Uşaqlara Yardım İctimai Birliyi, SOS (Save Our Ship) Uşaq kəndləri təşkilatından ümumilikdə 300 uşaq iştirak edib.
 
Musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən tədbir qonaqlarda xoş əhval-ruhiyyə yaradaraq, unudulmaz günlərindən birinə çevrilib. Zooloji Parkın müxtəlif məntəqələrində qurulan pavilyonlarda ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Bununla yanaşı, balacalar açıq havada üz boyama, köpük şouda iştirak ediblər. Cizgi film personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib. Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, rəsm çəkmək, eko çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif ustad dərslərinə qatılıblar. Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar nümayiş edilib. Daha sonra, açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq, qulluq etmək və onlara qayğı göstərmək şansı verilib, həmçinin IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə  himayə guşəsi təşkil olunub.
Qeyd edək ki, Bakı Zooloji Parkı yalnız əyləncə məkanı deyil, həmçinin, elmi-maarifçilik müəssisəsi funksiyasını daşıyır. Zooloji Parkda keçirilən seminar və treninqlər, ustad dərsləri uşaqlar və gəncləri əyləndirərək maarifləndirir, təbiətə maraq oyadır, insanların ətraf mühitin mühafizəsini və bu prosesdə öz rolunu daha dərindən dərk etməsini təmin edir. 






 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı