“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış layihəsinin icrası üçün 2021-2022-ci illərdə təkcə dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. Dövlət büdcəsinin artırılan əsas xərcləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək.
Ednews xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasının iclasında səsləndirib.
“Bu il üçün dövlət büdcəsindən ayrılan vəsatinin isə 60 faizi 2023-cü ilin ilk 5 ayında istifadə olunub. Büdcə gəlirlərinin artan hissəsinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə, eləcə də müdafiə sahəsinə yönəldilməsi nəzərdə tutulub”, - deyə nazir əlavə edib.