Türkiyədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Ednews "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Zonquldağın Çaycuma adlanan qəsəbəsində qeydə alınıb.
Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.