Sabah 33° isti OLACAQ

İyunun 11-də gözlənilən hava proqnozu açıqlanıb. 
 
Milli Hidrometeorologiya Xidmətindən Ednews-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, gecə və səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
 
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"