Hər bir işçi öz hüquqlarını bilməlidir ki, işdə baş verən qanunsuzluqları zamanında aşkarlasın və öz haqqını tələb edə bilsin. Bəs işdən azad edilmə zamanı hansı ödənişlər olunmalıdır?
İşdən azad olan işçiyə aşağıdakı ödənişlər mütləq edilməlidir:
işdən azad olan ayda faktiki işlənilən günlərin əmək haqqısı;
istifadə edilməmiş məziniyyətə görə kompensasiya;
bəzi hallarda işdən azad edilən işçilərə işdənçıxarma müavinəti və müxtəlif ödənişlər
bir çox müəssiələrdə istifadə edilməmiş məzuniyyətə görə ödəniş olunmur bəs bu zaman işçi hara müraciət etməlidir?
Məsələ ilə bağlı Ednews-a danışan hüquqşunas Əsabəli Mustafayev işçi ilk növbədə rəsmən öz iş yerinə müraciət etməlidir və ödənilməyən kompensasiyanı tələb etməlidir:
“Əgər heç bir nəticə əldə edə bilməsə əmək müfəttişinə, o da alınmasa məhkəməyə müraciət etməlidir. Mənim fikrimcə ən effektiv olanı da məhz elə məhkəməyə müraciət etmək və təzminat davası açmaqdır. Təzminat davasında həm istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənişini, həm də vətəndaşa vurulan pisixoloji gərginliklə əlaqədar keçirdiyi əsəblə bağlı mənəvi zərəri və tutduğu vəkil xərclərini də irəli sürə bilər.”
Kazımlı Rübabə