Havaya buraxılan zərərli qazlardan gələn TƏHLÜKƏ SƏBƏBLƏR

Cəmiyyət 15:20 15.06.2023
İyunun 13-də Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğından sonra atmosfer havasının keyfiyyətini müəyyən etmək üçün müxtəlif saatlarda ölçmə işləri aparılıb, nəticələr təhlil edilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf-Mühitin Monitorinqi üzrə Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan təhlillərdən sonra müəyyən edilib ki, atmosfer havasına yayılan qaz qarışıqlarında dəm qazının miqdarı normadan 3.6, azot oksid və kükürd qazı 4.2, hidrogen-sulfid isə 3.8 dəfə yüksək olub.
 
Zavod, fabriklərdən havaya buraxılan zərərli qazların, kimyəvi maddələrin, eləcə də yanğın, partlayış nəticəsində atmosfer havasının normadan artıq çirklənməsinin qarşısını almaq üçün hansı müasir texnologiyalar var?  
 
Ekoloq-alim Məhərrəm Mehdiyev Ednews-a açıqlamasında bildirib ki, zavod yanğınları nəticəsində buraxılan kimyəvi maddələrin atmosferə daha çox zərər verməsinin qarşısını almaq mümkündür, amma bu, böyük maliyyə tələb edir:
 
“Zavodların üzərində zond yerləşdirmək, ordan da boru çəkib təmizləyici qurğular qoymaqla zərərli qazların atmosferə yayılmasının qarşısını almaq mümkündür. Amma bu müəyyən qədər vəsait tələb edir”. 
 
M.Mehdiyev qeyd edib ki, yanan rezervuarın içində hidrogen sulfid miqdarının normadan artıq olması atmosfer üçün ciddi təhlükəlidir. 
 
“Hidrogen sulfid miqdarı çox olmamalıdır. CO və CO2 (karbon oksid) qeyri-mütəşəkkil mənbə olduğu üçün tam yanma prosesi getmir, nəticədə hava normadan artıq çirklənməyə məruz qalır. İndiki zavodlar yeni texnologiyalarla təchiz edilib. Sovet dövründən fərqli olaraq bu gün belə yanğınlar nadir hallarda baş verir. Son 15-20 il ərzində belə hallar az olub. Yanğının qarşısı da tez bir zamanda alınıb. Yanan maddələrin normadan yüksək olması təbii ki, ətraf-mühitə ziyan verir. Həmin vaxt cənub-şərq küləyinin də havaya qalxan tüstünü ətrafa yayması bunun insan sağlamlığına zərərini minimuma endirib, çünki külək nəticəsində havada konsentrasiya azalır”. 
 
Azərbaycan Ekologiya Standartları Monitorinqi Fondunun prezidenti professor Rauf Sultanovun sözlərinə görə isə, atmosferdən zərərli qazların təmizlənməsi prosesi bir qədər gec baş verir, bunun üçün müəyyən vaxt tələb olunur.
 
“Təbiətdə havanın təmizlənmə prosesi öz-özünə baş verir. Elə bir texnologiya yoxdur ki, atmosfer havasını zərərli qazlardan təmizləsin. Bakı və Sumqayıt şəhərlərində avtomobillərdən buraxılan karbon oksidi ağır metallardan yayılan maddələrlə birgə 3-4 gün, bir həftə havada qalır. Təbii ki, bu həm insan orqanizminə, həm də ətraf-mühitə ziyan vurur”. 
 
R.Sultanov əlavə edib ki, zavodların müasir standartlara cavab verən texnologiyalarla təchizatı atmosfer havasının həddən artıq çirklənməsinin qarşısını ala bilir. 
 
“Əvvəllər Abşeron yarımadasında neft çıxarılarkən zərərli maddələr birbaşa havaya buraxılırdı. Müasir dövrdə isə neft elə texnologiyalarla çıxarılır ki, atmosferə çox cüzi miqdarda zərər dəyir. Vaxtilə Bakı qara şəhər idi. Azərbaycan bir sıra neft layihələri həyata keçirir. Britaniyan BP, Fransanın, Norveçin bəzi şirkətləri ilə əməkdaşlıq edilir. Bu layihələrdə texnoloji imkanlar öz əksini tapır. Əks halda həmin layihələrin Azərbaycanda keçirilməsi mümkünsüz olardı. Atmosfer tək bizim deyil, ona dəyən ziyan qonşu ölkələri, regionu da əhatə edir”.
 
Törə Zeynal
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı