Tərtərdə Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” tədbiri çərçivəsində mina axtarma fəaliyyətlərinə heyvanların cəlb edilməsi imkanları nümayiş etdirilib.
Ednews xəbər verir ki, müharibədən sonra partlamamış qalıqların yerlərinin işarələnməsində it və siçovullardan istifadə ediləcək.
Bildirilib ki, axtarış siçovulları iyunun 26-da ölkəyə gətiriləcək. Daha sonra minaların aşkar edilməsində siçanlardn istifadə praktik şəkildə göstərilib.
“Klinik tədqiqat itləri onlara verilən müəyyən əmrləri başa düşür və yerinə yetirmək qabiliyyətindədir. Axtarış siçanları ilə komunikasiyanın qurulması isə fərqlidir”, - mütəxəssis bildirib.