Beynəlxalq Avrasiya Mətbuat Fondunun konfrans mərkəzində “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi tərəfindən “Həssas əhali qruplarının – müharibə iştirakçılarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmə” tədbiri keçirilib.
“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova layihə haqqında Ednews-a açıqlmasında bildirib ki, martın 1-dən start götürən "Həssas əhali qruplarının- müharibə iştirakçılarının sosial müdafiəsi və dəskək tədbirləri ilə bağlı ictimai maarifləndirmə” layihəsi iyulun 1-dək davam edəcək.
“Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını, cəmiyyətin həyatında vətəndaşlara bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatı sistemi olaraq sosial cəhətdən həssas əhali qruplarının – I və II Qarabağ müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin üzvlərinin maraq və mənafelərinə cavab verən, onların sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarını yaradılmasını təmin edən sosial xidmətlər sosial müdafiə sisteminin tərkib hissəsi olaraq geniş kütlələrə tanıdılmalıdır. Hər bir vətəndaş kimi, həsas qruplara aid edilən şəxslər də öz arxalarında güclü sosial təminatlar verən dövlətin olduğunu, onun geniş imkanlarını tanımalıdır”.
Aysel