Regionlarda mərkəzdən kəndlərə işləyən avtobusların yararsız olması heç kimə sirr deyil. Bakıdan kənar ərazilərdə də bu hallarla rastlaşmaq mümkündür. Əsasəndə soyuq və isti yay aylarında sərnişinlərə daha da çətinlik törədir. Öz istehsal tarixini tamamlayan olan avtobuslarla öz ünvanına getmək istəyən insanlar hər an təhlükə ilə üzləşə bilərlər. Sərnişinlərin dediyinə görə bir neçə dəfə avtobus yolda dayandığı da qeyd edilib.
Bəs istismar müddəti başa çatmış ictimai avtonəqliyyatlar niyə yeniləri ilə əvəz olunmur?
Məsələ ilə bağlı Ednews-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu gün Bakı şəhər ərazisində və kənar bölgələrində nəqliyyat infraksturunun qurulmasında avtobusların rolu əvəz edilməzdir:
“Belə olan təqdirdə əlbəttə ki yeni avtobusların ölkəyə gətirilməsi əsas mövzulardan biridir. Avtobusların iqlim dəyişikliyinə əsasən işləməsi, yaz/ qış rejimi yəni kondisaner sistemi vətəndaşların rahtlığı üçün əsas şərtlərdən biridir. Ümumiyyətlə götürdüksə avtomobillərin yararlılıq müddətdi 10 il nəzərdə tutulur yəni istehsalçı şirkət 10 il zəmanət verir. Kankret olaraq avtobus saylarına gəldikdə isə dəqiq sayı demək çəkindir və bu statistikalar dəqiq deyil. Ümumiyyətlə götürdükdə istismarda olan avtobusların dəqiq say 5 mindən çox olmalıdır ki, əlçatanlıq daha asan olsun. Digər məsələyə gəldikdə isə Şəhər daxili ərazilərdən bütün abtobusların yeniləri ilə əvəz olunması prosesi başa çatıb. İstismara yarasız avtobuslarla daha çox qəsəbə tipli yaşayış məntəqələrində rast gələ bilirik. Bunun ən aşağı səviyyəyə salınması üçün öncə maddiyyat lazımdır. Əgər yetəri qədər maddiyyat olarsa günün bu gün də qəsəbələr də daxil bütün ərazilər əl çatan və rahat avtobuslarla təmin edilə bilər”.
Kazımlı Rübabə