İyulun 12-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram Departamentinin əməkdaşları və tarixçi İqor Kotler ilə “Qərbi Azərbaycanlıların deportasiyası və soyqrımı ilə bağlı Virtual Muzeyin yaradılması” layihəsi ilə bağlı seminar keçirilib.
Ednews xəbər verir ki, seminardaki müzakirələr zamanı cənab Kotler əməkdaşlara layihənin necə tərtib olunması ilə bağlı öz fikirlərini paylaşıb. Layihənin əsas məqsədi qərbi azərbaycanlıların deportasiya siyasəti nəticəsində məruz qaldığı soyqırım və cinayətləri Virtual muzey vasitəsilə beynəlxalq müstəvidə tanıtmaqdır.
Layihə həmçinin beynəlxalq səviyyədə bu cinayətlərin ictimailəşdirilməsi və həmin insanların hüquqlarının bərpa edilməsinə dair əsasları gücləndirəcək. Həmin şəxslərin təsirli həyat hekayələri virtual muzeydə yayımlanaraq yaşadıqları acıları bütün dünyaya bəyan edəcək.