"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.
Ednews AZAL-dan verilən məlumata istinadən xəbər verir ki, həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.
Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.
***
"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.
Ednews AZAL-dan verilən məlumata istinadən xəbər verir ki, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.
Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.